Müfəssəl şəkildə hazırlanmış yeni qanun

"Dövlətimiz tərəfindən siyasi partiyalara münasibət hər zaman yüksək səviyyədə olmuşdur. Xüsusən siyasi partiyalardan gələn təkliflər, QHT-lərin bu prosesdə iştirakı, onların təklifləri əsasında qanun layihəsinə edilən korreksiya həm qarşılıqlı əməkdaşlığın həm də konstruktiv təkliflərə Milli Məclisin açıq olmasının nümunəsidir. Müfəssəl şəkildə hazırlanmış yeni qanun partiyaların demokratik şəkildə fəaliyyət göstərməsinə tam şərait yaradır". SABAHİNFO.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, yenilənmiş variantda hazırlanmış “Siyasi partiyalar haqqında” qanunda ictimai müzakirələr zamanı irəli sürülmüş təkliflər nəzərə alınıb. Qanun Azərbaycanda siyasi mədəniyyətinin inkişafına xidmət edir, həmçinin insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayır.