“Müğənnilərlə dostluq etmirəm"

ATV-nin aparıcısı Afaq Gəncəli və müğənni Zamiq Hüseynovun küsülü olduğu ortaya çıxıb. Axşam.az-ın məlumatına görə, bu haqda "Gündəlik”in aparıcısı Mətanət Əliverdiyeva xəbər verib. Verilişin qonağı olan A.Gəncəli müğənnilərlə dostluq etmədiyini bildirib: "Müğənnilərlə dostluq etmirəm. Bu qeyri-mümkündür. Fikirləşirsən ki, səndən sui-istifadə edirlər, işləri düşür deyə, salam verirlər. Səkkiz ildir maqazin verilişində çalışıram, o qədər hallarla qarşılaşmışam ki... Çox az müğənni dostum var. Onlardan biri də Zamiqdir. Aramızda xırda inciklik olmuşdu, indi hər şey yolundadır”.