Münhen Təhlükəsizlik Konfransı regionda nəyi dəyişəcək?

Fevralın 17-dən Almaniyanın Münhen şəhərində Təhlükəsizlik Konfransı keçirilir. Bu Konfransda Azərbaycan da iştirak edir. Bu konfrans dünya düzənində  hansı qlobal dəyişiklərə şərait yarada bilər? . Millət vəkili Məşhur Məmmədov Vətəninfo.az-a açıqlamasında Münhen Təhlükəsizlik Konfransı ilə bağlı öz fikirlərini bildirib.

“Münhen Təhlükəsizlik Konfransında səslənən fikirlər bir neçə müddət üçün əslində dünyanın siyasi və təhlükəsizlik mənzərəsinin konturlarını müəyyən edir. 2020-ci ilin fevralında-tarixi Vətən müharibəsində tarixi qələbəmizdən bir qədər öncə belə bir debat-müzakirə keçirilmişdi. O zaman artıq dünyanın aparıcı KİV-ləri bu  müzakirə diqqətdə saxlayıb, Azərbaycan prezidentinin fikirlərinə yüksək dəyər vermişdi. İndi yenə də həllini gözləyən məsələlər var və ilk növbədə Azərbaycan müharibəni udub və sülhü də udmaq strateji hədəfimizdir. Ancaq Ermənistan sülh müqaviləsini imzalamağı uzadır, bu prosesi maksimum ləngitməyə çalışır”.

Millət vəkili əlavə edib ki, Münhen Təhlükəsizlik Konfransında bir çox məsələlər öz həllini tapa bilər.

“Ermənistan bir çox hallarda bir-birini təkzib eləyən informasiyalar yayır və sülh prosesinin qarşısında ciddi əngəllər yaradır.  3 il öncə fevraldakı müzakirələrdə Ermənistan nəticə çıxarmadı, hərbi avantüraya imza atdı və kapitulyant statusuna enmiş oldu. Bu dəfə də görüş keçirilərsə və Ermənistan yenə də ağlını başına yığmazsa, bu vəziyyətin Ermənistanı hansı hala salacağını proqnozlaşdırmaq elə də çətin deyil”. -deyə millət vəkili əlavə edib.