Murad Dalkılıç Bakıda şou göstərəcək

Türkiyəli müğənni Murad Dalkılıç Bakıya gələcək. Ifaçı martın 23-də "Paradise Club”da konsert verəcək. 
Nahid Emiloğlunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə müğənni Aysel Əlizadə də səhnəyə çıxacaq.  Təşkilatçı iki müğənninin səhnədə maraqlı şou göstərəcəyindən xəbər verib: "Murad Bakıya orkestri ilə birlikdə gələcək. Aysellə birlikdə maraqlı çıxışlar hazırlayıblar. O, eyni zamanda media nümayəndələri ilə görüşəcək. Bu, onun öz istəyidir. Bunu konsert danışıqları zamanı tələb etdi”.