Müşfiq Məmmədli ödənişsiz hüquqi yardım və qəbul keçirdi

İyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə Sumqayıtda ödənişsiz hüquqi yardım və vətəndaş qəbulu həyata keçirdik. Tədbirdə Parlamentin İcra hakimiyyəti orqanları ilə iş şöbəsinin sektor müdiri Ağaəli Ağayev, deputat həmkarım Emin Hacıyev, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər icra hakimiyyətinin başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt Vəkillər bürosunun rəhbəri Anar Qasımlı iştirak edirdi. Ödənişsiz hüquq yardım aksiyasında vətəndaşlara lazımi hüquqi yardım göstərilmiş, onlara şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin müvafiq yazılı ərizələri qəbul edilmişdir.

Müraciətlərin böyük hissəsi pensiya, əlillik, sağlamlıq, məşğulluq və s. ilə bağlı olmuşdur.

Yaradılan şəraitə görə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatına təşəkkür edirik.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı