NASA-dan yeni kəşf: Yeraltı okeanlar...

NASA kəşf edilmiş 17 ekzoplanetin qalın buz təbəqələrinin altında yeraltı okeanların ola biləcəyini müəyyən edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Astrofizikal Jurnal" məlumat yayıb.

"Bu, həyatın kimyəvi əlamətlərini axtarmaq üçün perspektivli yerlər ola bilər. Onların dəqiq tərkibi qeyri-müəyyən qalsa da, əvvəlki tədqiqatlardan səth temperaturları barədə təxminlər ekzoplanetlərin Yerdən əhəmiyyətli dərəcədə soyuq olduğunu göstərir", - məlumatda deyilir.