Naxçıvan gəncləri maariflənib

23-24 may tarixlərdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər üçün şəxsi inkişaf təlimi təşkil olunub.

Bakı şəhərindən dəvət olunmuş təlimçi-ekspert Fəxri Məhəmmədzadənin təqdimatında keçirilən interaktiv təlim "Effektiv ünsiyyət və kommunikasiya", "️İctimai çıxış", "Stresin idarə edilməsi", "Natiqlik sənəti", "Təqdimat bacarıqları", "Araşdırma bacarıqlarının formalaşması", "Analitik düşüncə və həllyönümlü yanaşma", "Konfliktlərin idarə olunması" mövzularını əhatə etməklə keçilib. Təlim zamanı bir çox interaktiv oyunlara da üstünlük verilib.