Naxçıvanın yeni fövqəladə hallar naziri təyin edilib

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

Sabahinfo.az xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.
Onun yerinə artıq təyinat olub.

Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.

Yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.