Neft Fondunun Parisdə olan ofis və ticarət obyektlərinə Sanksiya tətbiq edilə bilər? 

"Fransanın sanksiya tətbiq edəcəyi aktivlərdən biri Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü ildə aldığı ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak ola bilər".  SABAHİNFO.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən bu əmlakın 2022-ci ilin 1 yanvarında dəyəri 199,2 milyon avro təşkil edir.