Novruz Aslanov deputatlıq fəaliyyəti barədə hesabat verdi

Novruz Aslanov 86 saylı İsmayıllı Seçki dairəsindən Milli Məclisə seçilmiş deputat olaraq, 2020-2023-cü illər ərzində ünvanına 335 rəsmi müraciət və məktub, bunlardan 264 müraciət vətəndaşlardan daxil olub. Cəmi 253 rəsmi məktub göndərilib. 

Sabahinfo.az xəbər verir ki, daxil olmuş ərizələrə əsasən 166 deputat sorğusu və məktubu əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanlanıb və bunlara əsasən 71 cavab məktubu daxil olub. Bu məktublarda ərizəçilərin qaldırdığı məsələlərə münasibət bildirilmiş və həlli zaman tələb edən məsələlər icraata götürülüb. Ərizələrlə yanaşı millət vəkilinin ünvanına onlarla təşəkkür məktubu da daxil olub. 

1168 ailəyə ərzaq, qeyri-ərzaq yardımı, evi yanmış 4 ailəyə müvafiq yardımlar, 203 nəfər ərizəçiyə maddi yardım edilmiş. Onlardan təhsil haqqı, müalicə və digər şəxsi məişət problemlərini göstərmək olar. 40 nəfər rayon sakini Bakı şəhərinə təmənnasız tibbi müayinəyə göndərilib.  

KİV ilə sıx əməkdaşlıq edilmiş, qəzetlərdə, internet xəbər agentliklərində və televiziyalarda müsahibə və çıxışları olub. 

Təbii qaz, elektrik enerjisi, yol, içməli su və digər sosial məsələlərə dair müraciətlər də icraata götürülmüşdür. Novruz Aslanov 2020-2023-cü illər ərzində İsmayıllı rayonuna 125 səfər etmiş, İsmayıllı şəhəri ilə yanaşı dağlıq ərazilərdə yerləşən kəndlərdə də səyyar qəbullar keçirilib.  Qəbullar bir kənddə keçirilməsinə baxmayaraq yaxınlıqda yerləçən ətraf kənd sakinlərinin də iştirakı təmin olunmuş və seçicilərlə keçirilən görüşlər və qəbullar ümumilikdə 65-ə yaxın kəndi əhatə etmişdir. Qəbulların bir hissəsi rayon rəhbərliyi ilə birgə təşkil olunub.   Bütün görüş və qəbullar pandemiya qaydalarına uyğun təşkil edilib. Videoformatda və telefon əlaqəsi vasitəsi ilə də qəbullar keçirilib. 

Bildiririk ki, rəsmi ərizələr ilə yanaşı deputata yüzlərlə şifahi müraciətlər də olmuşdur. Hesabat ilində İsmayıllı rayonunda keçirilən kütləvi tədbirlərdə millət vəkili mütəmadi olaraq iştirak etmişdir. 

Ənənəvi olaraq Novruz Aslanovun hər il “İllik Hesabat” jurnalları çap edilir. Bu il də 3 illik deputatlıq fəaliyyəti barədə “HESABAT 2020-2023” jurnalı çap edilmişdir.