Nümayəndə heyətimiz ağacəkmə aksiyasında iştirak etdi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sabahinfo.az-a verilən məlumata görə, nümayəndə heyəti Bolqarıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Parlament nümayəndə heyəti bu məqsədlə Sofiya şəhərində yerləşən Bakı küçəsinə gəlib. Burada yerləşən parkda spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri ağac əkiblər.