Nuriyyə Əhmədovanın səhhətindən xəbər var

Xalq artisti Nuriyyə Əhmədova Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsindən evə buraxılıb. Bu barədə aktrisanın özü məlumat verib. Aktrisa deyib ki, artıq bir neçə gündür ki, ev şəraitində müalicə olunur: "Daim həkimlərin nəzarətindəyəm. Ev şəraitində müalicə olunuram. Həkim məsləhət gördü ki, vaxt olduqca hava da qəbul edim. Dərmanlarımı da qəbul edirəm. Hər gün həkim mənim vəziyyətimlə maraqlanır. Yaxşı olacağıma ümidliyəm. Allah heç kəsi xəstə edib, yatağa salmasın”.  
Qeyd edək ki, N. Əhmədova yanvarın 23-də gecə saatlarında hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.