Nüşabə Ələsgərli: "Əsas odur ki, işləyir, evdə yatmır"

Əməkdar artist Nüşabə Ələsgərli oğlu Orxandan bəhs edib. Müğənni övladına yaşca ondan böyük qız ala biləcəyini deyib: "İndi övladımın 18 yaşı var. Nə vaxtsa evlənmək istəsə, seçiminə çox qarışmaram. Oğlumun ailə qurmaq istədiyi qız ondan 10 yaş böyük olsa belə, razılaşacam. Əsas əxlaqıdır. O, gözəl olandan sonra yaşına, başqa xüsusiyyətlərinə baxmaram. Kişi ilə qadın arasındakı yaş fərqinə heç vaxt əhəmiyyət vermirəm".  Kişinin qadından az pul qazanması mövzusuna münasibət bildirən N.Ələsgərli: "Mənim üçün önəmlisi kişinin tənbəl olmamasıdır. Əgər ailədə mən beş, kişi bir manat qazanırsa, bunu niyə problem edim ki? Əsas odur ki, işləyir, evdə yatmır”, - deyə bildirib.