“Ölkəmizdə 7 fevralda növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycan tarixində bu, ikinci belə hadisədir”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, ötən seçkilər də növbədənkənar idi: “Ozamankı reallıqlar növbədənkənar seçkiləri labüd etmişdi. İndiki reallıqda qarşımızda yeni hədəflər dayanır. Köhnə hədəflərə çatmışıq. Bütün bu strateji vəzifələr artıq yerinə yetirilib. Belə olan halda 2025-ci ili gözləməyin yeri yoxdur”.
Rusiyada, Tayvanda, ABŞ-da da seçkilərin olacağını deyən E.Nəsirov hesab edir ki, bu seçkilərin də özünəməxsus reallıqları var: “Belə olan təqdirdə seçkilərin 2024-cü ildə olması məqsədəuyğundur. Müxalifətə səslənirəm ki, gəlin, iştirak edb özünüzü göstərin”.
Sahibə Qafarova Elman Nəsirova cavab olaraq deyib: “Elman müəllim, digər ölkələrdə seçkilərin keçirilməsinin Azərbaycanın seçkilərinin 2024-cü ildə keçirilməsinə nə dəxli var?”/bakivaxtiaz