Od olmasa, tüstü çıxmaz, Erkin Qədirli haqlıdır?

Erkin Qədirli yəgin ki, 2020-ci il deputat seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsində müxalifət namizədin xeyrinə səslərin saxtalaşdırılmasından, 2003-cu ildə İsa Qəmbərin xeyrinə saxta səslər toplanmasından və digər seçkilərdə müxalifət namizədlərin xeyrinə olan saxtakarlıqlardan xəbərdardır danışır, od olmasa, tüstü olmaz. 2020-ci ildə deputat seçkiləri zamanı, 76 saylı dairə üzrə üzrlü səbəblərdən seçkilərdə iştirak edə bilməyən bir neçə ailənin evinə seçki qutusu aparılmışdır, seçicilərin iradəsinə zidd olaraq, onlara heç bir məlumat verilməyərək müxalifət namizəd Xalid Bağırov adında şəxsin xeyrinə qutuya bülletenlər atılmışdır. Bunları bilib və danışır Erkin Qədirli?

76 saylı dairə üzrə bütün məntəqələrdə müxalifət namizəd Xalid Bağırov adında şəxsin müşahidəçi qismində öz adamları var idi, əllərində mobil telefonlar və fasiləsiz çəkiliş aparırdılar. Xalid Bağırov adında namizədin 200 nəfərdən çox müşahidəçi adamı var idi, bu, hələ, tam siyahı deyil, bununla belə bir dənə də olsun neqativ halı əks elətdirən video kadr yoxdur sosial şəbəkələrdə, olsaydı onlar bunu əldən verərdilərmi?! Müxalifət tərəfdən gələn əksər müşahidəçilər spirtli içki qəbul edib gəlmişdilər, mübahisə yaratmağa meyilli şəxslər idilər, qəsdən spirtli içki qəbul etmişdilər, qoy səbəbsiz mübahisə yaratmaq üçün utanmasınlar.

Əgər Azərbaycanda seçkilər demokratik səsvermə yolu ilə keçirilməsə, saxtakarlıqlar etmək üçün şans yaransa, müxalifət namizədlərin hər dəfə topladıqları biabırçı səs faizi bəlkə bir az qənaətbəxş olar. 2003-cu ildə İsa Qəmbər üçün toplanan saxta səslərin saxta olduğunu ifşa edən əsaslı faktlara söykənən sübutlar vardır. 2020-ci il deputat seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsində müxalifət namizədin xeyrinə səslərin saxtalaşdırılması faktı isə, şahidlərlə geniş kütlə qarşısında sübutunu hər an tapa bilər. Saxta səslər belə Xalid Bağırov adında müxalifət namizədin imdadına çatmamışdır və o, yenə də, çox biabırçı səs faizi ilə məğlub olmuşdur.

Dünyada 8 milyard insan var, onların hamısı eyni anda, eyni hadisəyə çox böyük diqqətlə nəzər etsələr belə, yenə də həmin hadisə haqqında eyni düşüncəyə, eyni fikirə sahib ola bilməzlər. Erkin Qədirlinin ölkəmizdə olan demokratik seçkilərə baxışı yalnız öz baxışıdır, ola bilər özü haqqında müəyyən şübhələri vardır.

Bir çox insanları müşahidə edərək və topladığım təcrübəmə əsasən əminliklə deyə bilirəm ki, bəzən yanlış informasiyalarla səmimi görünməyə cəhd edən insanlar ola bilir. Onlar üçün səmimi və dürüst görünmək, həmişə həqiqəti söyləmək deyil. Məsələn, Mehman Hüseynov kimi özünə jurnalist deyən, dərin düşüncəyə malik olmayan bir insanın və onunla eyni düşüncə sahibi olan insanların xoşuna gələn, amma, həqiqətə uyğun olmayan bir fikir səsləndirməklə, onların gözündə "səmimi" və "doğru" danışan biri kimi görünmək olar. Erkin Qədirli kimi insanlar da bunu çox gözəl anlayır, bilirlər və lazım gələndə bu fürsətdən yararlanırlar. Böyük etimalla Erkin Qədirli ümumi müxalifətin gözündə "səmimi" görünmək, sevilmək üçün məlum açıqlamanı vermişdir.

Əminliklə, çəkinmədən tam demokratik, azad səsvermə yolu ilə seçilən deputatlarımız Ziyafət Əsgərov, Elman Nəsirov, Adil Əliyev, Nigar Arpadarai kimi nüfuzlu və çox böyük savada malik ziyalı şəxslərin isimlərini nümunə kimi çəkmək olar, siyahını daha da əminliklə artırmaq olar. Əslində, Erkin Qədirli müxalifət namizədlərin cəhd etdikləri, bəzi hallarda nail olduqları saxtakarlıqlardan danışır, sadəcə, fikrini düzgün ifadə edə bilməyib, bəlkə də, o, haqlıdır, düşünürəm, sonradan əlavə şərh verməklə əsil fikrini geniş kütləyə çatdıracaqdır.

Mircalal Mehdiyev