Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 56 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə üç nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 965 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 945, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 163, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 241 təşkil edir.