“Omicron” dünya səyahətində

Daha bir ölkədə koronavirusun yeni ştammı, “Omicron” aşkarlanıb. Artıq Misirdə 3 nəfərdə virusun yeni ştammına rast gəlinib.

“Omicron”  variantı aşkarlanan 3 nəfər karantinə götürülüb və müalicələri davam edir.

Qeyd edək ki, Misirdə koronavirusa yoluxanların sayı 373min 509 nəfər, dünyalarını dəyişən insanların sayı 21 min 277-dir.