“Avropada anti-Azərbaycan mövqeyində olan şəxslər var. Onlar insanları təhqir edir, şərəf və ləyaqətini alçadırlar”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan qoşulduğu konvensiyalarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, digər ölkələr isə bunu etmir:
“Halbuki bir sıra ölkələrdə baş verən hadisələrlə əlaqəli dərhal qərar çıxarırlar. Azərbaycan gəldikdə isə beynəlxalq hüquq yaddan çıxır, digər məsələləri irəli sürməyə başlayırlar. Azərbaycanın öhdəliyi yadlarına düşsə də, özlərinin öhdəliyini unudurlar. Avropada anti-Azərbaycan mövqeyindən çıxış edənlər insanları təhqir edib şərəf və ləyaqəltərini aşağılayırlar. Onlar hökumət nümayəndələrini, deputatları təhqir edirlər. Bu kimi şəxslərə qarşı da nəsə məsələ qaldırılanda dözümlülük göstərin deyirlər. Bundan başqa, heç bir siyasi fəaliyyətlə məşğul olmayanlara sığınacaq verənlərə niyə etiraz edilmir?! Gələcəkdə belə konvensiyalara qoşulanda müəyyən şərtlər də ortaya qoyulmalıdır ki, hamı bərabər hüquqlu olsun”.