Ötən gün 19 minə yaxın şəxs peyvənd olunub

Martın 18-də Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına qarşı 18 996 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 474 607 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.