Ötən gün həlak olan hərbçimiz Binədə dəfn edildi - YENİLƏNİB

Ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularımızdan biri Həsənov Elgün Elşad oğlu dəfn edilib.

Sabahinfo.az xəbər verir ki, o, Bakı şəhərinin Binə qəsəbəsində torpağa tapşırılıb.

 

10:32

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Elgün Elşad oğlu Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib.

Sabahinfo.az xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.