"Özləri Xəzəri udmağa hazırdılar" - Zahid Oruc

"On illərdir dövlətimizi ləkələməyə çalışan və qara siyahılara salanların siyasi riyakarlarlığı inkaredilməz dəlillərlə ortadadır. Ölkəmizi kürü diplomatiyasında ittiham edənlər özləri Xəzəri udmağa hazırdılar".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, ötən ilin noyabrında “Ermənistana qarşı təcavüz” adlı qətnamənin müəllifləri indi həbsə atılıblar.

Deputat qeyd edib ki, Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir:

"Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər. Dünya erməniçililyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ ofşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisinə ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekpertizasının keçirilməsini tələb etməlidir".