"Pandemiyadan bezmişik, amma virus bizdən bezmir" - ÜST rəhbəri

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Dr.Tedros Adhanom Qebreyesus koronavirus hadisələrinin artması ilə əlaqədar açıqlama yayıb.

Sabahinfo.az xəbər verir ki, o, koronavirus pandemiyasının narahatlıq doğurmaqda davam etdiyini ifadə edərək, son bir həftədə dünyada COVID-19 səbəbiylə 15 minə yaxın ölümün baş verdiyini və ölümlərin əvvəlki həftə ilə müqayisədə 35 faiz artdığını qeyd edib. 

COVID-19 səbəbiylə artan itkilərin qəbuledilməz olduğunu bildirən Qebreyesus, "Bu pandemiyadan bezmişik, amma virus bizdən bezməyib", - ifadəsini işlədib.