"Partiya qeydiyyatı üçün telefon nömrəsinə ehtiyac yoxdu"

“”Siyasi partiyalar haqqında” qanunun əleyhinə qəbul edilən bəyanatda xəstəlik simptomları hiss olunur”.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

“Orada tanıdığım, hörmət etdiyim hüquqşünaslar da var. Deyirlər ki, layihəni Venesiya Komissiyasına göndərək, onların rəyini aldıqdan sonra qəbul edək. Hamımıza bəllidir ki, Milli Məclisdə layihə ilə bağlı dinləmələr təşkil olundu, partiyaların təklifi nəzər alındı”, - deyə deputat əlavə edib.

Fazil Mustafa layihə ilə bağlı təkliflə çıxış edib: “Düşünürəm ki, partiyaların rəsmi qeydiyyatı zamanı telefon nömrələri tələbi ləğv olunmalıdır. Çünki vətəndaş bir ay sonra nömrəsini dəyişə bilir. Zənnimcə, qeydiyyat zamanı vətəndaşın pasport nömrəsinin olması kifayətdir”.