Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfərə yollanıb.

Sabahinfo.az“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. 

Paşinyan səfər çərçivəsində Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak edəcək. 

Onun Rusiyaya səfəri iki gün davam edəcək.