Paşinyanın Moskvadakı riyakarlığı Ermənistanı daha da uçuruma aparacaq

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya son səfəri zamanı verdiyi açıqlamalar bir daha göstərdi ki, o, natamam siyasətçi kimi oynadığı riyakar və təhlükəli gedişlərin doğura biləcəyi acı nəticələrin fərqində deyil.
Avropa səfərlərində demokrat olan, Qərbin xoşuna gələn açıqlamalar verən Paşinyan Moskvada asanlıqla mövqeyini dəyişib ruspərəst olur, prezident Putinə təriflər yağdırır, yumuşaq desək, ona yaltaqlanır. ərbpərəst, demokrat göstərir, digər tərəfdən də Rusiyaya səfər edib yaltaqlanır.
Təbii ki, Moskvada Ermənistanın indiki rəhbərliyinə, konkret olaraq Sorosçu Paşinyana etibar etmirlər, onun açıqlamalarını səmimi qəbul etmirlər. Kremldə yaxşı anlayırlar ki, fürsətçil Ermənistan rəhbərliyi Rusiyanın çöküşünü səbirsizliklə gözləyir, onun dünyada təklənməsindən sevinir.
Məsələ burasındadır ki, Qərbdə də Paşinyan komandasına inam yoxdur. Rusiyaya tətbiq edilmiş sanksiyalar kontekstində Ermənistanın “boz zona” kimi qalması faktdır. Bu gün Ermənistan nadir ölkədir ki, Rusiyaya sanksiyalar tətbiq olunmasına baxmayaraq, bu ölkəyə malların daşınmasını artırır. Qərbin Ermənistanın sanksiyalardan yayınmaq istəyən Ermənistana göz yumması başadüşülən deyil. Maraqlıdır ki, ABŞ-Rusiya soyuq savaşında ikiüzlülük göstərən tək Ermənistan deyil. İrəvanın böyük bacısı sayılan Paris də Rusiya mövzusunda qeyri-stabil davranır. Bir tərəfdən Ukraynaya dəstək ifadə edir, digər tərəfdən də Parisin Moskva ilə gizli danışıqlar apardığına dair məlumatlar var.

Cəmi 29 min kvadrat km ərazisi olan bir ölkədə Rusiya hərbi qüvvələri ilə yanaşı, Fransanın da pensioner polisləri “xudmət” göstərirlər. İrəvan ABŞ-ın strateji düşməni İran, habelə Fransa və Hindistan hesabına silahlanmağa çalışır.

Paşinyanın başa çatan Rusiya səfəri və orada Putinin qulağına xoş gələn sözlər deməsi Ermənistanı böhrandan xilas edə bilməyəcək. Qeyri-ardıcıl, qeri-prinsipial siyasi xətt yürüdən İrəvanın anti-Azərbaycan, anti-Türkiyə siyasəti onu bataqlığın dərinliklərinə sürükləyir. Ermənistan başa düşməlidir ki, onun böhrandan çıxması, nicatı sanksiyalar altında olan Rusiya və İranda, yaxud da min kilometrlərlə uzaqda yerləşən Fransaya yaltaqlanmaqda deyil, sürətlə inkişaf edən Azərbaycan və Türkiyə ilə münasibətləri nizama salmaqdan keçir.

Cəbi Quliyev 

Milli Məclisin deputatı