Paytaxt sakini Saatlıda iki evdən oğurluq etdi

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də gecə saatlarında rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan soyğunçuluq yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, 2150 manat pul və bank kartları ələ keçirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş və sonuncu dəfə törətdiyi oğurluq əməlinə görə axtarışda olan Vüsal Vəliyev saxlanılıb.

Sabahinfo.az xəbər verir ki, dindirilmə zamanı V.Vəliyev törətdiyi oğurluq faktını etiraf edib. 

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi daha bir analoji cinayət əməlinin üstü də açılıb. Belə ki, V.Vəliyevin sentyabr ayının əvvəlində Saatlı rayonu ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 4800 manatdan artıq olan qızıl-zinət əşyaları, bəzək və telefon aksesuarları, eləcə də 110 manat pul oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduğu da məlum olub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.