Pərvindən izləyicisinə SƏRT REAKSİYA: “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir”

“Kişilər arıq qızları bəyənmir. Deyirlər ki, ətli-canlı olsun. Amma qadının arıqlığı onun gözəlliyidir. Kök qadınları təhqir etmirəm, lağa qoymuram. Amma onlara təzyiq edirəm ki, arıqlasınlar”.

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Instagram”da canlı yayım zamanı onun arıq olmasını tənqid edənlərə deyib.

Pərvin “Arıq adamların bədənindən iy gəlir” yazan istifadəçiyə “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir. Görünüşə görə mühakimələr estetik əməliyyatları gündəmə gətirdi. O qədər insanları qınadınız ki, estetik etdilər. İndi də başladınız estetik etdirənləri qınamağa” cavabını verib.

Dünyaca məşhur müğənni Şakira və “Barselona”nın futbolçusu Jerar Pikenin ayrılması haqda danışan Abıyeva “Şakira bilmirdi ki, bütün günü evdə oturub uşaqlara pankek bişirəndə ona xəyanət ediləcək?” sözlərini söyləyib.  

Açıq-saçıq geyimlərdən danışan aktrisa “Son vaxtlar Hollivuda baxın, nə gündə geyinirlər. Geyimdən-geyimə fərq var. Rihannanın hamilə halda geyindiklərini bəyənmirəm. Sevmirəm hamilə qadınların soyunub fotosessiya etməsini. Bu, ananın müqəddəsliyini zədələyir” sözlərini söyləyib.