Peskovdan Qarabağla bağlı AÇIQLAMA

Hərbçilərimiz tərəflərlə birbaşa təmasdadır. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskov qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirirlər: "Hələlik sülhməramlılarımızın həyatını təhdid edən nəsə baş verməsi barədə məlumatımız yoxdur. Təbii ki, təhlükəsizlik bizim üçün prioritetdir. Lakin regionda vəziyyət ağır olaraq qalır". 

O, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya lideri Vladimir Putin arasında danışıqların baş tutmadığını vurğulayıb.