Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 167 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 964 344, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 473, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 341, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 210 nəfər təşkil edir.