Poroşenko yenidən prezident olmaq istəyir

Eks-prezident Petr Poroşenko Ukraynada keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir.

Sabahinfo.az xəbər verir ki, Poroşenko bu barədə “Əl Cəzirə” kanalına müsahibəsində deyib.

Sabiq dövlət başçısı seçkilərin keçirilməsi üçün Ukraynanın hərbi əməliyyatlarda uğura nail olmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqına üzv olarsa, o, Avropa Parlamentinə keçiriləcək seçkilərdə də namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-i keçirilməli idi, lakin ölkə rəhbərliyi hazırda qüvvədə olan hərbi vəziyyət və səfərbərliklə bağlı seçkiləri təxirə salmaq barədə qərar qəbul edib.