Prezident Şarl Mişellə Ukraynadakı vəziyyəti müzakirə etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Sabahinfo.az xəbər verir ki, bunu Ş.Mişel "Twitter" səhifəsində yazıb.

Liderlər regional prosesləri, o cümlədən Cənubi Qafqazdakı durumu və Ukraynadakı vəziyyəti müzakirə ediblər.