Prezidentin qətiyyəti nəticəsində xaricdəki azərbaycanlıların problemləri həllini tapacaq

Türk Dövlətlər Təşkilatı (TDT) özünü bir beynəlxalq təşkilat kimi beynəlxalq arenada ciddi marağa və təsir dairəsinə səbəb olan bir regional təşkilata çevrilib.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov deyib.

O qeyd edib ki, son dövrlərdə Türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişafı, eyni zamanda dünyanın yenidən şəkilləndirilməsi və qlobal geosiyasi proseslər TDT-yə olan marağı daha da artırıb: “Qlobal geosiyasi və dünyanın yenidən şəkilləndirilməsində logistik sənaye ciddi rol oynayır. Türk dövlətlərinin Avrasiya məkanında Qərblə Şərqi birləşdirən ən qısa, effektiv  hesab edilən  Ortda Dəhlizin keçdiyi  coğrafiyada yerləşməsi TDT-nin  geosiyasi əhəmiyyətini daha da artırmış olur”.

Deputat əlavə edib ki, Azərbaycan həm TDT-nin inkişafında, həm Qərblə Şərqi biləşdirən Orta Dəhlizin daha  işlək bir marşruta çevrilməsində çox mühüm rol oynayıb: “Birincisi, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilib dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetini təşkil edir. həmkarlar, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan TDT-nin bu günkü səviyyəyə çatmasında əvəzsiz rol oynayıb və oynamaqdadır.
İkincisi, Azərbaycan enerji sahəsində  qovşaq ölkə çevrildiyi kimi, logistik sahədə də qlobal çağırışlara cavab verərək zamanında tranzit-yükdaşıma, nəqliyyat sahəsində ciddi transmilli layihələr icra edib  qovşaq mərkəzə çevrilməkdədir. Bakı-Tbilisi-Qars dərmiyolunun istifadəyə verilməsi Orta Dəhlizində tranzit-yükdaçımada müstəsna rol oynamaqdadır. Türk dövlətləri bu yolun imkanlarından istifadə edərək  ən qısa yolla öz yüklərinin Qərb, hətta Afrika ölkələri ilə ticari-iqtisadi münasibətlər qura bilirlər. Azərbaycanın həyata keçirdiyi bu layihələrindan Türk dövlətləri fayadalanmaqdadır.   Azərbaycan bu istiqamətdə  fəaliyyətini davam etdirməkdədir. Zəngəzur  Dəhlizinin də gələcəkdə fəaliyyəti nəticəsində Şərqlə Qərbi birləşdirən Orta Dəhliz vasitəsi ilə  tranzit-yükdaşımanın şaxələndirilməsi və   bu coğrafiyada yerləşən ölkələr arasında daha sıx əməkdşalıq münasibətləri qurulmasında müstənsa rol oynayacaq. Mərkəzi Asiya ölkələri xüsusən də Türk dövlətləri  Azərbaycanın   enerji və logistika sahəsində reallaşdırdığı  infrastruktur layihələrdən istifadə etməklə öz  enerji ehtiyatlarını  və digər iqtisadi resurslarını rahat formada  dünya bazarına çıxarmaq imkanları əldə edəcəklər.  Azərbaycanın reallaşdırdığı bu layihələr nəticə etibarı ilə Türk dəvlətləri arasında əlaqələrin  qurulub, inteqrasiya olunmasına və TDT-nin daha da ciddi söz sahibi olan bir beynəlxalq təşkilata çevrilməsinə, onun coğrafiyasının genişlənməsinə  öz töhfəsini verəcək”.

TDT-nin sammitinin ən  yadda qalan və digər sammitlərdən fərqləndirən cəhəti, Zirvə görüşündə   təşkilata üzv ölkələrin hüdudlarından kənarda, dünyanın digər ölkələrində yaşayan türklərin hüquq və azadlıqlarının müdafiə olunması idi.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin  sammitdə  dünyanın müxtəlif ölkələrində yaşayan  türklərin və azərbaycanlılaırn hüquq və azadlıqlarının müdafiə olunmasının TDT-nin  gündəmində olması  barədə səsləndirdiyi  cəsarətli bəyanat çox mühüm  əhəmiyyət kəsb edir:

“Cənab Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı  dünyada 200 milyondan artıq Türkün yaşadığını və Türk coğrafiyasının daha geniş ərazini əhatə etdiyini dilə gətirdi. Cənab Prezident belə bir bəyanat səsləndirməklə bir  daha   uzaqgörən, qətiyyətli və cəsarətli lider olduğunu ortaya qoydu. Onun bəyan etdiyi kimi, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil və  onun coğrafi sərhədləri daha genişdir. Preizdent bəyan etdi ki, TDT-yə üzv ölkələrin kənarda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının, təhlükəsizliyinin, assimilyasiyaya uğramamasını artıq təşkilat tərəfindən diqqətdə saxlanmalıdır. Cənab Prezident Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, xüsusən də İranda 40 milyon azərbaycanlının öz ana dilində təhsil ala bilməməsi, hüquq və azadlıqlarınının pozulması ilə bağlı narahatlığını dilə gətirərək TDT-ni  bu istiqamətdə lazımi addımlar atmasının zəriruliyini qeyd etdi. Bu bir daha cənab Prezidentin təkcə Azərbaycan Respublikasının vətəndaşının deyil, dünyada yaşayan azərbaycanlıların, türklərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində  siyasi iradəsini ortaya qoymuş oldu.  Hesab edirəm ki, cənab Prezidentin belə bir bəyanatı çox təqdir olunası  və bütün dünya türkləri tərəfindən dəstəklnərək, bu işə öz töhfəsini verməyə çalışmalıdır. Əminəm ki, Prezidentin  uzaqgörən, qətiyyətli siyasəti nəticəsində İranda  və dünyanın başqa ölkələrində yaşayan azərbaycanlıların üzləşdikləri problemlər həllini tapacaq”.