PSJ-də ağır itki

PSJ-nin kapitanı Markinyos sıradan çıxıb.

Sabahinfo.az xəbər verir ki, braziliyalı futbolçu UEFA Çempionlar Liqasının 1/8 mərhələsində Almaniyanın “Bavariya” klubu ilə qarşılaşmanın birinci hissəsində zədələnib.

Bu səbəbdən də o, 36-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 28 yaşlı mərkəz müdafiəçisinin zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək.