“Qafqazdakı qardaşlarımız çətinə düşəndə həmişə Türkiyəyə sığınıblar”

“Qafqazdakı qardaşlarımız, Balkanlardakı soydaşlarımız çətinə düşəndə həmişə Türkiyəyə sığınıblar”.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi və Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçirilən Qlobal Parlament Konfransının açılışına ünvanlanmış videomüraciəti zamanı Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, son 7 ildə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə Türkiyədir.

“Ümid edirəm ki, tariximizin, mədəniyyətimizin, inancımızın bizə qoyduğu bu vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyik. İkinci Dünya müharibəsindən sonra ən böyük insan hərəkətliliyinin yaşandığı bu gün heç kim öz məsuliyyətindən qaça bilməz. Son dövrdə Aralıq dənizində əksəriyyəti qadın və uşaq olmaqla 30 minə yaxın immiqrant həyatını itirdi. Avropaya sığınan, qaçırılan on minlərlə suriyalı uşağın harada olduğu, taleyi məlum deyil. Demək olar ki, hər gün Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən təqib edilən, qarət edilən, döyülən və hətta öldürülən qaçqınların acınacaqlı vəziyyətinə şahid oluruq”, - deyə Ərdoğan vurğulayıb.