"Qarabağa beynəlxalq missiya göndərilməlidir" - Paşinyan

"Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərilməlidir".

Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 

Paşinyan qeyd edib ki, bu istiqamətdə daim səy göstərilməlidir.

Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, İrəvan beynəlxalq ictimaiyyətdən, o cümlədən sülhməramlıları Qarabağda yerləşdirilən Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasının daimi üzvündən daha əsaslı addımlar gözləyir.(unikal)