Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar

“Cənab Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bir sıra mühüm məqamlara aydınlıq gətiririldi. Eyni zamanda müsahibə düşmənə ciddi xəbərdarlıq idi”. Bunu YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı Mətanət Səfərli deyib.

Onun sözlərinə görə, həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz ərazi bötüvlüyünü təmin etməklə yanaşı uzun müddət işğal altında olan ərazilərimizdə infrastruktur layihələrinin reallaşdırılmasına nail oldu: “44 günlük müharibə Azərbaycanın ərazi bötüvlüyünün bərpası, doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması və ən əsası bizə milli qürurumuzun geri qaytarılması baxımından mühüm əhəmiyyətə malikdir. Əldə olunan qələbə bizi daha da ruhlandırdı. Bu qələbə vaxtilə qucaqda çıxan bugünkü gəncliyimizin tank belində üzərilərinə düşən missiyanı layiqincə yerinə yetirməsi ilə nəticələndi. Azərbaycan tərəfinin beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirdiyi müharibə bir sıra hərbi məktəblərdə öyrənilir. Artıq bizim qarşımızda yeni və daha mühüm məsələlər durur. Bu məsələlərin ən başlıcası erməni vandalalrının dağıtdığı, yandırdığı və söküb apardığı infrastrukturu yenidən bərpa etmək, işğaldan azad olunan ərazilərin mina və digər partlayıcı qurğulardan təmizləmək, vətəndaşlarımızın öz doğma yurd yuvalarında rahat yaşamasını təmin etməkdir. Aradan keçən müddət ərzində bu istiqamətdə bir sıra layihələr reallaşıb. Füzuli Beynəlxalq Hava Limanın istifadəyə verilməsi, yol infrastrukturunun çəkilməsi, Zəngilanda Ağalı kəndinə sakinlərin yola salınması onu deməyə əsas verir ki, düşmənin viran qoyduğu Qarabağ qısa zamanda cənnətə çevriləcək”.

M.Səfərli onu da deyib ki, Laçından olan vətəndaşların tezliklə öz doğma yurd-yuvalarına qayıdışı təmin olunacaq və bütün bunların fonunda Qarabağda yaşayan ermənilərin də düzgün seçim və öz gələcəklərinin təmini baxımından Azərbaycan qanunlarına riayyət etmələri lazimdir: “Cənab Prezident müsahibəsində vurğuladı ki, Qarabağda yaşayan ermənilərə heç bir əlavə status verilməyəcək. Onlar da hər bir Azərbaycan vətəndaşı kimi Azərbaycanın qanunları çərçivəsində hərəkət edəcəklər. Əslində belə bir addımın atılması bir daha onu deməyə əsas verir ki, Azərbaycan istər müharibə dövründə istərsə də müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərinə sadiqdir. Yəni, həyata keçirilən hər bir prosesdə beynəlxalq hüquq qorunur. Qarabağda yaşayan ermənilər güman edirdilər ki, onların rahat yaşaması üçün Azərbaycan tərəfi onlara əlavə şərtlərlə imtiyazlar verəcək. Ancaq bu baş vermədi. Artıq seçim onların özünündür. Mülahizələr isə onu deməyə əsas verir ki, Qarabağda yaşamaq istəyən ermənilər sonunda düzgün qərar qəbul edəcəklər. Artıq Laçın rayonunun bir sıra yaşayış massivində olan ermənilərin oranı tərk etmələri üçün qoyulan vaxt başa çatır. Qısa zamanda Laçından olan soydaşlarımız öz doğma yurd yuvalarına qayıdacaqlar. Bu isə onu deməyə əsas verir ki. Qısa zamanda digər işğaldan azad olunan ərazilərlə yanaşı Laçında da tarixi ədalət bərpa olunacaq”.