Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının böyük qürur hissi ilə fəxr etdiyi, 1918-ci il, 28 may “İstiqlal bəyannaməsinin”elan olunmasından 103 il ötür. Əziz həmvətənlər! Bu gözəl bayram münasibətilə hər birinizi təbrik edirəm!
Cəmi 6 bənddən ibarət “İstiqlal bəyannaməsinin” elan olunması ilə, Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətin qurulması və bu günki güclü, müasir, dünya miqyasında özünəməxsus yeri ilə seçilən Azərbaycan dövlətinin əsası qoyulmuş oldu.
Tarixin obyektiv gerçəklikləri nəticəsində AXC 23 ay yaşamasına baxmayaraq, bir çox dövlət atributlarını özündə əks etdirən, o dövrün inkişaf etmiş ölkələrinə belə nümunə ola biləcək demokratik dövlətçilik prinsiplərini tətbiq etdi.
70 illik Sovetlərin tərkibində öz identikliyini qoruyub saxlamağı bacaran 2-ci Respublika 20-ci əsrin sonunda ərazisinin 20%-ni itirsədə, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Ordumuz tərəfindən azad edildi. Tam əminliklə demək olar ki, bu gün Cümhuriyyət qurucularının, Ulu Öndər Heydər Əliyevin ruhları şaddır. 21-ci əsrdə regionun inkişaf etmiş, güclü dövləti, 3-cü Respublika öz suveren ərazilərini bərpa etməklə, xalqın sınmış qürurunu özünə qaytarmışdır. Bununla da hər birimiz üçün əziz olan “Azərbaycan” sözünü, dünya hərb tarixinin ən şərəfli səhifələrinə qızıl hərflərlə yazmışdır.
Düşünürəm ki, son 30 ilin məhrumiyyətlərindən, tarixin ironiyası ilə bir çox dünya güclərinin dəstəklədiyi, erməni kimi cılız düşmən iflasa uğrayandan sonra, qələbə hissi ilə yaşamaq, bayramları qeyd etmək Tanrının bizə bəxş etdiyi ən böyük xoşbəxtlikdir. Hər birinizə xoşbəxtlik arzulamaqla, bir daha təbrik edirəm.
Bayramınız mübarək!!!
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı