Qənirə Paşayeva şəhid ailələri və qazilərin problemlərindən DANIŞDI

“Problemlərdən biri şəhid ailələri və qazilərin işlə təmin olunmasıdır. Ümumiyyətlə, 2022-ci ildə nə qədər qazi işlə təmin olundu? Nə qədəri işlə təmin olunmadı və səbəbi nədir? Bunlar açıqlanmalıdır”.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri deputat Qənirə Paşayeva Milli Məclisin plenar iclasında bildirib.

“Qazilik statusu almayan, amma müharibədə iştirak edənlərdən elələri var ki, onların səhhətində problem var. Həmin şəxslər dərmanları özləri alır, amma dərmanla təminatda problemləri var. Onların reseptlərinə köməklik göstərilməlidir. Həkim şəhidimiz var, polkovnik leytenat Rasim Abdullayev. Çox az qalmışdı imtiyazdan yararlanıb ev alsın, amma şəhid olub deyə ev ala bilmədi. İndidə şəhidin ailəsinə deyirlər ki, Kəlbəcərdə ev tikilsin sizə ev veriləcək. Kəlbəcərli olaraq onsuz ona ev veriləcək, amma bir hərbçi kimi o imtiyazından yararlanmalıdır. Onun övladı evlənməlidir”, - deputat qeyd edib.