Qərəzə söykənən QƏTNAMƏ

Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsi nəinki tam ədalətsiz və qərəzlidir, həm də Fransanın ATƏT-in Minck qrupundakı nizamlama missiyasına olan iddialarının səmimi olmadığını göstərir. Bu Rusiyanın bölgədəki provakasion hərəkətlərinə şərait yaratmaq, dəstək vermək, onu körükləmək anlamına gəlir. Bu separatçılığa dəstəkdir.

Fransa Senatına belə bir ritorik sual ünvanlamaq yerinə düşərdi. Azərbaycan 1919-cu ildə Fransanın başkəndi olan Parisdəki sülh konfransında təsbit olunmuş və tanınmış hansı ərazilərlə çıxış edirdi? Dövlət adına ləkə gətirən məlum bədnam qərardan əvvəl hec olmasa bu xəritələrə göz gəzdirmək olmazdımı?

Tarixdən məlumdur ki, Əlimərdan bəy Topçubaşov Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə yazdığı 17 mart 1919-cu il tarixli məktubda yazır ki, müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Həmin dövrdə ABŞ prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini göznəlimədən gündəliyə saldırması bizim nümayəndələrin Parisə getməsi zərurətini yaratdı və buna icazə verildi.

Əslində bu gün dünyanın nizamını pozan bu cür haqsız münasibətlər sistemidir. Bizim gücümüz isə haqlı olmağımızdadır. Fransa Senatının arqumentləri yanlışdır və bundan doğan qərarları da qərəzlidir.

Dəyərli jurnalist Elbəyi Həsənlinin FB səhifəsində yazdığı araşdırmada Fransada 12 aktiv separatçı hərəkatın olduğu göstərilir. Çox qiymətli araşdırmadır və buna görə Elbəyi Həsənliyə sağ ol deyirəm. Əgər bu separatçı ocaqlar alovlandırılsa Fransanın halı görəsən necə olacaq?

Fransa Senatının qərarına nəinki etiraz etmək, həm də buna qarşı müəyyən ictimai müqaviməti səfərbər etmək lazımdır. I vitse president xanım Mehriban Əliyevanın xoşməramlı səfir statusundan imtina etməsi də əslində siyasi etirazın bir formasıdır və alqışlanmalıdır.

Fransa Senatının qərarına dəstək vermək milli mənafeyə xəyanətdir.

Bu bədnam qərarı lənətləyir, şiddətlə qınayır və etiraz edirəm. Azərbaycanın haqq səsinin və haqq işinin yanında olan hər kəsə də bu mövqeni dəstəkləməyə dəvət edirəm.

Adil Qeybulla

SABAHİNFO.AZ