Qeysəriyyə əməliyyatı olunan qadın xəstəxanada öldü

Gəncə şəhərində qeysəriyyə əməliyyatı olan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.

Sabahinfo.az report-a istinadən xəbər verir ki, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı olub.

Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.