QHT İsmayıllıda tədbir keçirdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə İsmayıllı rayonunda  “Azərbaycançılıq ideologiyasının nəzəri əsaslarının möhkəmləndirilməsi və təbligi” layihəsi əsasında tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycançılığın dünyəvi ideologiya kimi tanınmasında Ulu Öndər Heydər Əliyevin tarixi fəaliyyəti və bu ideologiyanın nəzəri formalaşma mərhələləri olaraq: İdeya ədəbi, ideya məfkurəvi, ideoloji, siyasi ideoloji və müasir inkişafı ətrafında çıxışlar dinlənilib, müasir inkişafımızın mühüm ideyası olaraq azərbaycançılığın nəzəri əsaslarının möhkəmləndirilməsi istiqamətində nəşr edilən kitab tədbir iştirakçılarına təqdim edilib.

Tədbirdə İsmayıllı rayonu İcra Hakimiyyəti və təhsil nümayəndələri, layihə rəhbəri,  dosent H. İbrahimov məruzələrlə çıxış edib.