Qiymət artımı hər birimizin cibinə uzanan "əl"dir

Vətəndaşların sosial rifah halının yüksədilməsi hökumətin prioritet sahələrindəndir. Bu yöndə həyata keçirilən siyasət nəticəsində sosial müavinətlər, əmək haqqlarının hər ötən illərlə müqaisədə artıb. Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə işsizlik minimum səviyyəyə düşüb ki, bu yöndə müsbət nəticələr əldə olunmaqdadır.

Sosial siyasətin fonunda 2022-ci ilin ilk günlərində unun qiymətində baş verən artım ciddi müzakirə mövzusuna çevrilib. Ekspertlət hesab edir ki. Hazırda ərzaq bazarında qiymətlər durmadan artır. Yağ, şəkər və digər ərzaq mallarının qiymətində 10-30 qəpik arasında artım olsa da unun qiymətinin katastrofik şəkildə artması sadə vətəndaşlar üçün ciddi problemlərə gətirib çıxaracaq.

Məsələnin belə olduğunu nəzərə alıb kiçik bir araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, Azərbaycan daxili tələbatı ödəmək üçün həm yerli həm də idxal yolu ilə problemin öhdəsindən gəlir. Eyni zamanda Nazirlər Kabinetinin qərarına əsasən idxal olunan taxıl əlavə dəyər vergisindən azad olunub....

Bununla yanaşı 44 günlük vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərin taxılçılığın inkişafında oynayacağı rolu nəzərə alsaq bu artıma bir don geyindirmək olmur.

Məsələnin kökü nədədir? Görünən odur ki, hələ də bir sıra məmurlar var ki, onların gözü doymaq bilmir. Bu məmurların acgözlüyü isə vətəndaşların başında “sınır”. Meyvə əvəzinə çörək yeyən sadə vətəndaş çörəkdən də məhrum olmaq üzərədir. Çörəklə insanları imtahana çəkmək heç də uğurlu seçim deyil.

Qiymət artımı dünyanın heç yerində müsbət qarşılanmayıb. İndiki məqamda belə bir addım atmaqla vətəndaşlarla hökumət arasında uçurum yaratmaq istəyən qüvvələrin aktiv fəaliyyətə keçdiyini deməyə əsas verir. Ancaq biz inanırıq ki, Cənab Prezidentin göstərişi ilə məsələ öz həllini tapacaq. Bu tendensiyada birbaşa və dolayısı ilə əli olan məmurlar cəzalanacaq. Eyni zamanda bir başa bu işə cavabdeh olanlar öz məsuliyyətino dərk edəcək. Ən azından Prezidentə öz hesabatlarını verəcəklər...

Sonda isə onu qeyd edim ki, qiymət artımı hər birimizin cibinə ziyanla nəticələnəcək. Güman ki, bu yöndə məxsusi araşdırma aparılacaq və sonda vətəndaşların istəyinə uyğun addımlar atılacaq.

Leyla Allahverdiyeva