Qubadlıda sursat aşkarlandı

Qubadlı rayonunda sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.

7 əl qumbarası, 4 mərmi, 5000-ə yaxın patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.