Regionlarda qohum nikahlarla mübarizəyə dair maarifləndirici seminarlar keçirilmişdir  

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan “Qohum nikahlarla mübarizədə ictimai vəkillik və hüquqi lobbiçilik istiqamətində tədbirlərin, seminarların təşkili” layihəsi çərçivəsində 5 regionda maarifləndirici seminarlar keçirilmişdir.

İlk tədbir Saatlı rayonunda bölgənin 30 nəfər yerli icra, aidiyyətli qurum, ailə, qadın, uşaq problemləri təşkilatı, gənclər, təhsil, səhiyyə və müxtəlif qurum və vətəndaş cəmiyyəti təsisatları təmsilçilərinin iştirakı ilə təşkil edilmişdir. Seminarın açılışında yerli rəsmilər regionda qohum nikahların mənfi nəticələrilə mübarizə və bu sahədə fəaliyyətlər haqqında fikirlərini bildirdilər. ADTGT sədri, layihə rəhbəri Asif Əsgərli və layihə eksperti Gülnarə Bağırova Azərbaycanda, o cümlədən, regionlarda qohum nikahların geniş yayıldığını, bunun ciddi tibbi, sosial fəsadlarının olduğunu və bunun qarşısının alınması istiqamətində ictimai vəkillik və hüquqi lobbiçilik kampaniyanın aparılmasının zərurliyini qeyd etdilər.

Fəaliyyət planına uyğun növbəti maarifləndirici seminarlar İmişli, Bərdə, Yevlax və Oğuz rayonunda da hər birində 30 nəfər olmaqla aidiyyəti üzrə region nümayəndələrinin iştirakı ilə keçirildi. Hər bir rayonda keçirilən seminarda tədbirə qatılan iştirakçılar qohum nikahların mənfi nəticələrinin gələcək nəsillərimizin və milli ailə institutu və genefondumuzun inkişafına zərbələr vurduğunu bildirərək,  ununla mübarizədə bütün qurumların birgə əməkdaşlıq etməsini vurğuladılar.

Layihə çərçivəsində araşdırma, hesabat, qohum nikahlarla mübarizəyə dair dayanıqlı təsir mexanizmləri, tövsiyyə və perspektiv təkliflərin hazırlanması və sosial mediada PR və təbliğati sosial kampaniyaları da həyata keçirilmişdir.