Eko Aləm İctimai Birliyi 1 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin araşdırılması” layihəsinin icrasına başlamışdır. Bu haqda Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza məlumat verib.
Sevil Yüzbaşeva deyib ki, layihənin əsas ideyası iqlim dəyişikliyi ilə mübarizədə önəmli əhəmiyyət kəsb edən yaşıllıq ərazilərin mühafizəsinə və qorunmasına ictimaiyyətin diqqətini cəlb etməkdir: “Bu sahədə görülən işlərində araşdırılması və ictimaiyyətin diqqətinə çatdırılmasına da ehtiyac duyulur ki, insanlar bunun hansı zəhmətlər qarşısında başa gəldiyini bilsin və ətraf mühitə diqqətlə yanaşsın. Bildiyimiz kimi, Azərbaycan Respublikası Qafqazda ən az içməli su ehtiyatına malikdir. Yaşılıqların inkişaf etdirilməsi işi su olmadan mümkün deyildir. Bu səbəbdən də ölkəmizdə, müasir təcrübə olan dəniz suyunun duzsuslaşdırılaraq istifadə edilməsinə başlanılmışdır. Atrıq 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi tikilərək istifadəyə verilib. Bu kompleksin fəaliyyəti nəticəsində bir sıra ərazilərdə, eləcə də yol kənarında yaşılıqlar salınmışdır. Layihə işi çərçivəsində bu kompleksin fəaliyyəti və istehsal olunan sudan istifadə edilən sahələr, salınan yaşılıqların inkişaf səviyyəsi araşdırılacaq və həmin yaşıllıq ərazilərdə vizual monitorinqlər həyata keçiriləcək, eləcədə Xəzər dənizinin çəkilməsinin bu kompleksin və salınan yaşılıqların inkişafına təsirləri araşdırılacaq. Araşdırma nəticəsi olaraq yekun hesabat sənədi hazırlancaq və ictimaiyyətin diqqətinə çatdırılmaq üçün təşkilatın saytında yerləşdiriləcək”.
Qeyd edək ki, layihə işini ölkəmizin dörd rayonunda Salyan, Şamaxı, Qəbələ və Goranboyda həyata keçirilməsi planlaşdırılmışdır.