Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edildi

Prezident İlham Əliyev R.Ç.Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyevin digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.