Ruh yaşayır, yaşayacaq

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbə işğalı sonlandırdı. Bu Zəfərin həm hərbi, həm də siyasi əhəmiyyəti müxtəlif səviyyələrdə etiraf edilib. O da etiraf edilir ki, güclü Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini də uğurla başa çatdıracaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ərazilərə səfəri quruculuq işlərinin intensivliyinin zəmanətidir. İctimaiyyət 2020-ci ilin payızında ordu­mu­zdan Zəfəri hansı inamla, hansı sevgilərlə gözləyirdisə, indi quruculuq işlərinin başa çatmasını da həmin ovqatla, həmin istəklərlə gözləyir.

28 il yad nəfəsinin əhatəsində qalan ərazilərdə yeni yollar çəkilir, infrastruktur yaradılır. Bunlar Böyük Qayıdış üçündür. İctimaiyyət Böyük Qayıdış gününü Zəfər Gününün davamı bilir...

Torpağın bircə qarışının da işğalı ürəyimizi ağrıdırdı. Ancaq müharibə amansızdır. Xəlil Rza Ulutürk hələ ötən əsrin sonlarında yazmışdı:

 

Torpaq gedər, qayıdar da,

Tək millətdə ruh yaşasın!

 

Torpaq qaytarıldı.

Ruh yaşadı, yaşayır, yaşayacaq! Azərbaycançılığın təntənəsi kimi!

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı