Rusiya ilə həmsərhəd olan ölkə genişmiqyaslı hərbi təlimlərə başlayıb

Bu gün səhər saatlarından etibarən Finlandiyanın Rovayarvi hərbi poliqonunda son illərin iki ən böyük hərbi təlimləri başlayıb.

Hərbi təlimlərin birincisi “İldırım Zərbəsi 23” (“Lightning Strike”) adlandırılıb.

İki həftə sonra baş tutacaq növbəti hərbi təlim isə “Şimal meşəsi” (“Northern Forest”) şərti adı ilə keçiriləcək.

Təlimlərdə Finlandiyanın quru qoşunları ilə yanaşı, Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və sərhəd qoşunları da iştirak edəcəklər.

Hərbi təlimlərə Britaniyanın “Warrior” və İsveçin “CV90” piyada döyüş maşınları da cəlb ediləcək.