"Rusiya müharibənin sürətini bilərəkdən ləngidir" - Şoyqu

"Rusiya evakuasiyaya imkan vermək və mülki əhalinin tələfatına yol verməmək üçün Ukraynada xüsusi əməliyyatın sürətini bilərəkdən ləngidir".

Sabahinfo.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Sakinlərin mühasirəyə alınmış yaşayış məntəqələrini tərk etməsi üçün susqunluq rejimləri elan edilir və humanitar dəhlizlər yaradılır", - deyə o, KTMT-nin Müdafiə Nazirliyinin rəhbərləri şurasının iclasında bildirib.