Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərləndi

Saatlıda məktəblilər mikroavtobusda dəm qazından zəhərləniblər.

Sabahinfo.az xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən məktəblilər Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.